IMG-LOGO

Ağdaşda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü -FOTO-YENİLƏNİB

17 Mar 2024 01:05 390 baxış
IMG

Ağdaşda ağır avtomobil qəzasında dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Qəbələ rayon Uludaş kənd sakini Baləmmədov Yasin Sədiyyar oğlu, Əliyev Rəşad Ədalet oğlu və Qarayev Yaşar Maarif oğlu hadisə yerində dünyasını dəyişiblər.

Bundan başqa Qəbələ rayon sakini 1989-cu il təvəllüdlü Ağammədov Teymur Yarəmməd oğlu ağır bədən xəsarətləri alıb.

Ağdaş rayon Mərkəzi xəstəxanasına yerləşdirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində bir yük və iki minivan avtomobili toqquşub.

Faktla bağlı araşdırma aparılır.

*** 23:27

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 3 yük maşını toqquşub.

İlkin məlumata görə, 3 nəfər hadisə yerində ölüb, yaralıların olduğu bildirlir.

 

Mənbə: lent.az

Xəbər lenti