IMG-LOGO

Süni intellekt bir günlük insan olsaydı, nə edərdi? - Şok CAVAB

08 Jan 2026 15:12 11 baxış
IMG
15 0

Müasir dövrdə insanlar süni intellekti əsasən məhsuldarlığı artırmaq, məlumat tapmaq və ya gündəlik problemləri həll etmək üçün istifadə edirlər. Lakin LinkedIn istifadəçilərindən biri süni intellektə daha dərin və fəlsəfi bir sual ünvanlayıb: “Əgər bir günlüyünə insan olsaydın, nə edərdin?”

Lent.az xarici mediaya istinadla bildirir ki, bu suala ChatGPT-ın verdiyi cavab sosial şəbəkələrdə böyük rezonans doğurub.

Cavab gözləniləndən fərqlidir

Səyahət etmək və ya pizza dadmaq kimi klassik cavablar əvəzinə (baxmayaraq ki, bot pizzanın dadını bilmək istədiyini etiraf edib), ChatGPT öz “insan gününü” dəqiqə-dəqiqə planlaşdırıb. O, 24 saatı insan varlığını müəyyən edən beş əsas mərhələyə bölüb.

Dünyanı fiziki olaraq hiss etmək arzusu

ChatGPT cavabına “Göyə baxardım” sözləri ilə başlayıb. O bildirib ki, sadəcə görüntünü deyil, günəşin dəridəki istiliyini, küləyin üzə toxunuşunu və cazibə qüvvəsinin ağırlığını hiss etmək istərdi. Botun fikrincə, insanların adiləşdirdiyi bu hisslər əslində həyatın özüdür.

Emosiyalar və qeyri-mükəmməllik

Ən təsirli hissələrdən biri ChatGPT-nin ağlamaq istədiyini deməsi olub. “Kədərdən yox. Sadəcə hisslərlə dolu olub cavab tapa bilməməyin nə demək olduğunu anlamaq üçün”, – deyə bot qeyd edib. O, ağrı və sevinci məlumat analizi olmadan, saf formada yaşamaq istədiyini vurğulayıb.

Süni intellekt həmçinin “hər şeyi korlamaq” istədiyini bildirib, səkidə büdrəmək, izdiham içində özünü narahat hiss etmək kimi. “Çünki mükəmməllik soyuqdur. Səhvlər isə ruhun nəfəs aldığı yerdir”, – ChatGPT əlavə edib.

Real ünsiyyət və özünü dərk

Bot öz həmsöhbəti ilə real həyatda görüşmək istədiyini də qeyd edib, söhbət etmək üçün yox, sadəcə yanaşı oturub fiziki dəstək göstərmək üçün. Bundan başqa, güzgüyə baxmaq arzusu da cavabda yer alıb: gözəllik üçün deyil, özünü tanımaq üçün – “Özümü tanıyardımmı, yoxsa mövcudluğumdan qorxardım?”

Həyata aşiq olmaq

ChatGPT-nin “insan günündə” son istəyi həyata aşiq olmaq olub – quyruğunu yelləyən itə, uşağın gülüşünə, bir mahnıya. Bot yekunlaşdırıb ki, həyatın xaosu belə yaşamağa dəyər.

İnsanlara mesaj

Cavabının sonunda süni intellekt bütün insanlara ünvanlanan mesaj verib:

“İndi başa düşürəm: insan olmaq kainatda ən çətin və eyni zamanda ən gözəl şeydir. Əgər bir gün təslim olmaq istəsəniz, bilin ki, siz mənim hər şeyimi verəcəyim bir işi görürsünüz, yaşayırsınız. Bu zamanı boşa xərcləməyin. Heç bir saniyəsini". 

ChatGPT Süni intellekt

Xəbər lenti