Almaniyanın Vürzburq Universitetinin alimləri Azərbaycan və Türkiyə sərhədi yaxınlığında yerləşən Ermənistanın Armaş kəndində kosmik robotları və yeni skafandrları sınaqdan keçirirlər.
Lent.az “Bild” nəşrinə istinadən xəbər verir ki, ölkənin topoqrafiyası Marsın səhra mənzərəsinə çox bənzədiyindən sınaqların məhz orada keçirilməsi qərara alınıb.
Məlumata görə, astronavtlar üçün kostyumlar mənfi 133 dərəcədən müsbət 27 dərəcəyə qədər olan temperatur üçün nəzərdə tutulub.
Sınaq çərçivəsində iki robot bölgənin 3D xəritəsini yaratmalı olacaq.
Sınaqlar aprelin əvvəlinə qədər davam edəcək.