IMG-LOGO

Afrikada İlon Maskın oğlu peyda oldu

16.03.2024 19:46 49 baxış
IMG

Keniyadan olan Junior ləqəbli X sosial şəbəkəsinin (keçmiş tvitter) istifadəçisi amerikalı milyarder İlon Maskın oğlu olduğunu bəyan edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkədə o, atası ilə görüşmək istədiyi barədə yazı paylaşıb:

“Əziz keniyalılar, xahiş edirəm atamla yenidən əlaqə saxlamağa kömək edin. Atamın milyonçu olmasına baxmayaraq, mən həddindən artıq yoxsulluq içində yaşayıram”.

Yazıda o, Maskın 1990-cı illərdə yazıçının anasının işlədiyi Afrika otelində qaldığını da açıqlayıb. Daha sonra həmin şəxs sahibkarın vəkillərinin ABŞ-da genetik test keçirməkdə israrlı olduqlarını söyləyib. Daha sonra atası ilə görüşüb oğlu olduğunu sübut etmək üçün izləyicilərdən 1 milyon dollar pul istəyib.

Bir çox sosial şəbəkə istifadəçisi özünü Maskın oğlu kimi təqdim edən adama inanmayıb. İzləyicilər “Təsdiqedici sənədlər haradadır?", “Bunu etmə. O  sizi aldadıb Marsa göndərəcək”, “Pul üçün insanları aldatmaq necə də orijinal üsuldur”, - deyə paylaşımın altındakı şərhlərdə öz fikirlərini bildiriblər.

Xəbər lenti