IMG-LOGO

Gəncədə ev yandı, yaşlı kişi yaralandı

16 Mar 2024 08:05 97 baxış
IMG

Gəncədə fərdi yaşayış evində yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Çarıqçılar küçəsində qeydə alınıb.

Həmin ünvandakı Fazil Kazımova məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin qarşısı alınıb və yanğının qonşuluqdakı evlərə keçməsinə imkan verilməyib.

Hadisə vaxtı evdə olan ev sahibi, 79 yaşlı Fazil Kazımov müxtəlif yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinim kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti