IMG-LOGO

Hacıqabulda gənc qız tənəffüs çatışmazlığından öldü

16 Mar 2024 07:16 193 baxış
IMG

Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonunun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədova Xanımnaz Ceyhun qızı ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti