IMG-LOGO

Latviya prezidentindən Rusiyanı məhv etmək ÇAĞIRIŞI

15.03.2024 18:56 39 baxış
IMG

Martın 15-də Latviya prezidenti Edqars Rinkeviç Rusiyanı məhv etməyə çağırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Latviya dövlətinin başçısı X. sosial şəbəkəsində müvafiq bəyanat yayıb.

Latviya prezidenti necə Rusiyanı məhv etməyə çağırıb

Rinkeviç X sosial şəbəkəsində yazıb ki, o, Fransa prezidenti Emmanuel Makronla Qərbin özünə qırmızı xətlər çəkməməsi ilə razıdır.

Latviya dövlət başçısının sözlərinə görə, Qərb Rusiya üçün qırmızı xətlər çəkməlidir və onları tətbiq etməkdən çəkinməməlidir.

“Rusiya məğlub olmalıdır. Rusiya məhv edilməlidir!” – Litva prezidenti yazıb.

O, latın dilindəki “Carthago delenda est” (“Karfagen məhv edilməlidir”) ifadəsini başqa sözlə ifadə edərək “Russia delenda est” ifadəsini işlədib.

 

Xəbər lenti