Belarus prezidenti Aleksandr Lukaşenko xaricdə tez-tez diktator adlandırılmasına sakit reaksiya verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun sözlərinə görə, mühüm olan odur ki, ölkə xalqın sərvətini, öz doğma torpağında suverenliyini, təhlükəsizliyini və əmin-amanlığını qoruyub saxlayıb. Belarus prezidenti Belarus Konstitusiyasının 30 illiyinə həsr olunmuş iclasda belə bir bəyanatla çıxış edib:
“Bütün bu müddət ərzində kordonun arxasında yalnız tənbəllər Lukaşenkonu diktator və avtoritar prezident adlandırmadı. Yaxşı, qoy elə desinlər. Əsas odur ki, nəticədə əlimizdə nə var: israf edilməmiş milli sərvət, qorunan suverenlik, doğma yurdumuzda təhlükəsizlik və əmin-amanlıq, vətəndaşlarımızın rifah halının yüksəlməsi. İnsanlar üçün əmin-amanlıq, sakitlik və sükut”.