IMG-LOGO

Azərbaycanda istehsal olunan elektrik enerjisinin 40 %-ə yaxını "yaşıl enerji"nin payına düşüb

21 Apr 2026 12:19 3 baxış
IMG

Azərbaycanda aprelin 20-də istehsal olunan elektrik enerjisinin 36,5 %-i bərpa olunan enerji mənbələrinin payına düşüb.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Ötən gün ümumilikdə 64,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib və bunun 23,5 milyon kilovat/saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.

Elektrik enerjisinin 15,9 milyon kilovat/saatı su elektrik stansiyalarında, 7,6 milyon kilovat/saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub. Külək və günəş enerjisi birlikdə ümumi elektrik enerjisi istehsalının 12 %-ni təşkil edib.

Xəbər lenti