IMG-LOGO

Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Zirvəsi" keçiriləcək

18 Feb 2026 13:45 3 baxış
IMG

İyunun 9-10-da Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Zirvəsi 2026" beynəlxalq konfransı keçiriləcək.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Mərkəzi Bankı və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunacaq.

Konfransın əsas mövzusu "Maliyyənin Gələcəyi Üçün İnnovasiya, Təhlükəsizlik və Tərəfdaşlıq"dır.

Tədbir regionun qlobal maliyyə sisteminə inteqrasiyasını sürətləndirməyə yönəlmiş yüksək səviyyəli platforma kimi nəzərdə tutulub. Onun gündəliyi 2026-cı il üçün gözlənilən qlobal bankçılıq və maliyyə trendləri ilə uzlaşdırılıb. Əsas məqsədlər sırasında regional əməkdaşlığın gücləndirilməsi (tənzimləmələrin uyğunlaşdırılması, ödəniş sistemlərinin əlaqələndirilməsi, müxbir bankçılıq əlaqələrinin möhkəmləndirilməsi) və beynəlxalq tərəfdaşlıq imkanlarının nümayişi yer alır.

Ümumilikdə, konfrans region ölkələrinin maliyyə liderlərini, beynəlxalq ekspertləri və innovativ həllər təqdim edən şirkətləri bir araya gətirərək daha inteqrasiya olunmuş, dayanıqlı və qlobal səviyyədə əlaqəli maliyyə məkanına dair ortaq baxışın formalaşdırılmasını hədəfləyir.

Xəbər lenti