ABŞ-ın tanınmış siyasətçisi, 2019–2025-ci illərdə Senatda Arizona ştatını təmsil edən senator Kyrsten Sinema evli sevgilisinə yazdığı məktublarla gündəm olub.
Lent.az xəbər verir ki, dünyanın bir çox nüfuzlu xəbər agentlikləri bu məsələni manşetdən təqdim edir.
Kyrsten Sinema
Məlum olur ki, o, ailəli kişiyə “Yata bilmirəm, bədbəxtəm” deyərək yazıb. Bu məktubu isə siyasətçinin eşq macəraları yaşadığı kişinin həyat yoldaşı paylaşıb.
Belə ki, Kyrsten Sinema evli sevgilisi Matthew Ammelə emosional mesaj yazıb. Həmin illərdə siyasətçi Senatda aktiv fəaliyyət göstərirdi və ədalət carçısı kimi tanınırdı.
Kyrsten Sinema
İndi isə illər sonra boşanan cütlüyün məhkəməsi gedir və keçmiş məktublar ortaya tökülüb.
Matthewun ayrıldığı həyat yoldaşı Heather Ammel 2024-cü ilə aid olduğu iddia edilən mesajları hakimə təqdim edib və bu mesajların keçmiş Arizona senatoru tərəfindən göndərildiyini bildirib. Sənədlərlə görə, Heather bildirib ki, Kyrsten 2024-cü ilin iyun ayında Matthewa müğənni Noah Kahanın konsertinə getmək üçün bilet göndərib. O, həmçinin iddia edir ki, növbəti ay siyasətçi Matthew ilə öz məkanını paylaşıb. Heatherin sözlərinə görə, avqustun 6-da Sinema ona dörd rəqəmli kod göndərərək “Daxil ol” yazıb və əlavə edib: “Yata bilmirəm, çox bədbəxtəm və ən azı qələmlərimdən birini geri istəyirəm. Hər ikisi səndədir. Xahiş edirəm, indi birini qaytar.”
Matthew Ammel
Heather həmçinin Kyrstenin 2024-cü ilin oktyabrında Instagram vasitəsilə Matthewa göndərdiyi iddia olunan başqa bir mesajı da təqdim edib. Həmin mesajda belə yazılıb: “Sənin üçün darıxıram. Əlimi ürəyinin üstünə qoyuram. Tezliklə səni görəcəyəm.”
Heather siyasətçiyə cavab olaraq yazıb: “Sən mənim ərimlə münasibətdəsən? Evli bir kişini ailəsindən ayırdın.” Kyrstenin bu mesaja cavab verib-vermədiyi məlum deyil.
Bu mesajlar Heatherin Kyrstenə qarşı açdığı məhkəmə iddiasının bir hissəsi kimi ortaya çıxıb. O, siyasətçini nikahını pozmaqda ittiham edir və təzminat tələb edir.
Kyrsten Sinema Matthew Ammel Heather Ammel qalmaqal münasibət məhkəmə iddiası ABŞ siyasəti TMZ Instagram Noah Kahan xəyanət iddiası mesajlaşma şou-biznes xəbərləri



