IMG-LOGO

Rusiyanın Ukraynaya hücumu nəticəsində 15 nəfər yaralanıb

21 Apr 2026 10:07 2 baxış
IMG

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinə endirdiyi zərbə nəticəsində 15 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorova istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, xəsarət alanlar arasında 13, 15 və 17 yaşlı uşaqlar da olub.

Qriqorov vurğulayıb ki, aprelin 21-nə keçən gecə pilotsuz uçuş aparatları ilə şəhərin yaşayış sektoruna zərbə endirilib. Çoxmərtəbəli binalar və mülki avtomobillər zədələnib. Bildirilir ki, pilotsuz uçuş aparatlarından biri müalicə müəssisəsinin ərazisinə düşüb.

Xəbər lenti