IMG-LOGO

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib

21 Apr 2026 10:10 3 baxış
IMG

İranın ali lideri Müctəba Xamenei ölkənin nümayəndə heyətinin ABŞ ilə Pakistanın paytaxtı İslamabadda danışıqlarda iştirakına razılıq verib.

"Report" xəbər verir ki, bu barədə xarici media mənbələrə istinadən yazır.

"İran komandası ali liderin icazəsini gözləyirdi. Mənbənin sözlərinə görə, icazə bazar ertəsi (20 aprel) axşam daxil olub", - materialda qeyd olunur.

Bildirilir ki, İran tərəfi İslam İnqilabı Keşikçiləri Korpusunun danışıqçılara təzyiqi səbəbindən danışıqları uzadırdı. Görüş tarixinin təxirə salınmasının məqsədi "daha sərt mövqeyə" nail olmaqdır: "ABŞ blokadası dayandırılmadan heç bir danışıq aparılmayacaq".

Bununla yanaşı, vurğulanır ki, vitse-prezident Cey Di Vens İranla müharibənin başa çatdırılması üzrə potensial razılaşma barədə danışıqlar aparmaq üçün aprelin 21-i səhər İslamabada yola düşəcək. Aprelin 20-də ABŞ Prezidenti Donald Tramp Vensin və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun İranla danışıqların yeni raundunun keçirilməsinə hazırlıq üçün İslamabada yola düşdüyünü bildirib.

Xəbər lenti