IMG-LOGO

Qızıl ABŞ ilə İran arasında mümkün danışıqlar fonunda ucuzlaşır

21 Apr 2026 10:46 2 baxış
IMG

İnvestorlar ABŞ və İran arasında mümkün danışıqlar fonunda qızıl qiymətlərinin aşağı düşəcəyini gözləyirlər.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

Qrinviç vaxtı ilə saat 04:18-ə (Bakı vaxtı ilə 08:18) olan məlumata görə, 1 unsiya qızılın spot qiyməti (XAU) 0,5 % azalaraq 4 795,51 ABŞ dollarına düşüb. ABŞ-də qızılın iyun fyuçerslərinin qiyməti (GC.1) 0,3 % azalaraq 4 814 ABŞ dolları təşkil edib.

Belə ki, ABŞ dollarının bir qədər güclənməsi bazara əlavə təzyiq mənbəyinə çevrilib. Onun cüzi güclənməsi ABŞ valyutası ilə qiymətləndirilən xammal məhsullarının digər valyuta sahibləri üçün daha baha olmasına səbəb olur.

Qeyd edək ki, qızıl ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri təxminən 8 % ucuzlaşıb.

Xəbər lenti