IMG-LOGO

Yaponiyada baş verən zəlzələ nəticəsində altı nəfər xəsarət alıb

21 Apr 2026 07:19 4 baxış
IMG

Aprelin 20-də Yaponiyanın şimal-şərq sahillərində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ən azı altı nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin fövqəladə halların idarə edilməsi naziri Jiro Akama məlumat verib.

Onun sözlərinə görə, altı nəfərdən dördü yüngül, ikisi isə ağır yaralanıb.

Qeyd edək ki, Sakit Okeanda Tohoku bölgəsinin şimal-şərq sahillərinin şərqində güclü zəlzələ baş verib. Bundan sonra şimal-şərqi İvate, Aomori və Miyagi prefekturalarının, eləcə də cənubi Hokkaydo prefekturalarının sahillərində üç metrə qədər hündürlükdə sunami xəbərdarlığı edilib. Lakin 80 sm hündürlüyə qədər dalğalar sahilə çatıb.

Xəbər lenti