Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Oita prefekturasındakı Hidzyuday poliqonunda atış təlimi zamanı tank partlayıb, ən azı üç hərbçi həlak olub
"Report" xəbər verir ki, bu barədə "Fuji TV" məlumat verib.
Qeyd olunub ki, iki hərbçinin öldüyü təsdiqlənib, digəri isə ürək-ağciyər dayanması vəziyyətindədir.
Yaponiyada klinik ölüm üçün istifadə olunan bu termin qanunla yalnız tibb işçiləri tərəfindən təsdiqlənə bilər, xilasedicilər tərəfindən yox.
Digər bir qadın əsgər xəstəxanasına aparılıb. "TBS"in məlumatına görə, atış təlimi zamanı silahda mərmi partlayıb.