IMG-LOGO

Mourinyo "Fənərbaxça"nın baş məşqçisi ola bilər

15 Mar 2024 09:47 101 baxış
IMG

Portuqaliyalı mütəxəssis Joze Mourinyo məşqçilik karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Lent.az xarici mediaya istinadən bildirir ki, İstanbulun “Fənərbaxça”sı Mourinyonun xidmətində ciddi maraqlanır.

Portuqaliyalının son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Portuqaliyalı 2021-ci ildən İtaliya klubuna rəhbərlik edir. 2021/2022 mövsümündə “Roma” Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “Qurdlar” Avropa Liqasının finalına yüksəlib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib. Onlarda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 görüşdə məğlub olub.

Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu”, “Leiriya” və “Benfika”nı da çalışdırıb.

Xəbər lenti