IMG-LOGO

"Sabah" Premyer Liqada 2025/2026 mövsümünün "qış çempionu" olub

22 Dec 2025 21:28 4 baxış
IMG

"Sabah" Misli Premyer Liqasında 2025/2026 mövsümünün "qış çempionu" olub.

"Report"un məlumatına görə, "bayquşlar" bu uğura XVI turun və 2025-ci ilin son oyununda "Sumqayıt"a qalib gəlməklə imza atıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.

Qonaqların qollarını Velko Simiç (26, 50) və Keffel Resende (60-avtoqol) vurublar. Meydan sahiblərindən isə Ronaldo Vaskez (66) fərqlənib.

"Sabah" 37 xalla mövsümün ilk yarısını lider kimi başa vurub. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.

Qeyd edək ki, bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib. "Zirə" - "İmişli" oyununda isə qol vurulmayıb.

Xəbər lenti