IMG-LOGO

Media: İranın danışıqlarda iştirak etməmək qərarı hələ ki dəyişməyib

20 Apr 2026 19:52 7 baxış
IMG

İran ABŞ ilə yaxın günlərdə növbəti raundu İslamabadda keçirilməli olan danışıqlarda iştirak etməkdən hələ də imtina edir.

"Report" xəbər verir ki, bu barədə "Tasnim News" mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın vitse-prezident Cey Di Vensin və ABŞ nümayəndə heyətinin digər üzvlərinin Pakistana yola düşməsi barədə bəyanatına baxmayaraq, İranın danışıqlarda iştirak etməmək qərarı indiyədək dəyişməyib.

Qeyd olunur ki, İranın iştirakı müəyyən ilkin şərtlərin yerinə yetirilməsindən asılıdır. Agentliyin məlumatına görə, Hörmüz boğazındakı İran limanlarının hərbi-dəniz blokadası məsələsi danışıqlar yolunda çox ciddi maneədir.

Lakin dəniz blokadası məsələsindən başqa, amerikalıların mesaj mübadiləsində qarşıdan gələn danışıqların aydın perspektivlərini göstərməyən digər kobud səhvlər də yer alır. Beləliklə, bəzi fundamental maneələr aradan qaldırılana və İran üçün məqbul olan razılaşmanın əldə olunması üçün aydın perspektivlər formalaşana qədər danışıqlarda iştirak etməyə heç bir əsas yoxdur.

Xəbər lenti