IMG-LOGO

Paşinyan: İrəvan KTMT-nin fəaliyyətində iştirakını bərpa etməyi planlaşdırmır

20 Apr 2026 14:38 4 baxış
IMG

Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) aktiv fəaliyyətini bərpa etməyi planlaşdırmır.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.

"Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və onun fəaliyyətinin bərpası ilə bağlı heç bir addım atılmayacaq. Bu, bizim seçkiqabağı proqramımızda da təsbit olunub", - Nikol Paşinyan deyib.

Ermənistanın digər çoxtərəfli əməkdaşlıq formatlarında iştirakına toxunan Paşinyan bunun ölkənin balanslaşdırılmış və tarazlı xarici siyasətinin effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.

Xəbər lenti