IMG-LOGO

Gənc oğlan sevdiyi qıza görə özünü asdı - Azərbaycanda SEVGİ DRAMI

14 Mar 2024 13:36 153 baxış
IMG

İmişlidə intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə İmişli rayonunun Murğuzalılı kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Qəhrəmanov Rəhman Yaqub oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

Onun asılmış meyitini yaxınları bu gün səhər saat 6-da aşkar ediblər.

İlkin məlumata görə, gənc oğlan sevdiyi qıza görə intihar edib. Hadisənin motivi açıqlanmır.

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.

Əlibəy Zeynallı

Mənbə: lent.az

Xəbər lenti