IMG-LOGO

Niyə “iPhone” Android smartfonlarından daha yaxşıdır?

14.03.2024 09:57 63 baxış
IMG

iOS-un qapalı arxitekturası sayəsində “Apple” smartfonları Android cihazlarından daha təhlükəsiz hesab edilir. 

Lent.az xəbər verir ki, bunu “Roskaçestvo” portalının mütəxəssisləri son hesabatda bildirib. 

"iOS Android kimi açıq mənbə kodunu açıqlamır. Bu da sistemi daha qapalı edir və smartfon, proqramlar və ekosistemin funksionallığı üzərində nəzarəti təmin edir", - hesabatda qeyd edilib.

Adi smartfonları “iPhone” ilə müqayisə edərkən təşkilatın mütəxəssisləri “iPhone 15”in aparatını yüksək qiymətləndirərək, onu “sadəcə fantastik” adlandırıblar. Bu yüksək reytinq sənayedə ən yaxşı mobil prosessorlardan birinin istifadəsi sayəsində əldə edilib.

Bundan əlavə, “Roskaçestvo” mütəxəssisləri “iPhone”un erqonomikasından məmnun olduqlarını bildirərək, onların Android cihazları ilə müqayisədə ələ daha yaxşı oturduğunu qeyd ediblər.

Aksesuarların geniş seçimi və “Apple” ekosisteminin rahatlığı da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

“ “MacBook”da masanızda işləyərkən bir toxunuşla çarpayıda olan “iPhone”da zəng qəbul edə bilərsiniz”, - deyə mütəxəssilər bildirib.  

Xəbər lenti