IMG-LOGO

Rütte: NATO Hörmüz boğazında gəmiçiliyin təmin olunmasına kömək edə bilər

09 Apr 2026 23:35 3 baxış
IMG

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin olunmasına dəstək göstərə bilər.

"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Vaşinqtondakı Ronald Reyqan Prezident Fondu İnstitutunda çıxışında bildirib.

Onun sözlərinə görə, artıq 34 ölkədən ibarət koalisiya Hörmüz boğazından sərbəst keçidin təmin olunması üçün tədbirlərin görülməsi imkanını müzakirə edir.

"Düşünürəm ki, bu, ilk addımdır. Əgər NATO kömək edə bilərsə, sözsüz ki, orada olacaq. Kömək etməmək üçün heç bir səbəb yoxdur. Əgər bu, faydalı olacaqsa, biz mütləq bunu edəcəyik", - Rütte deyib.

O əlavə edib ki, alyans mərhələli şəkildə hərəkət edəcək, çünki bunun üçün bütün müttəfiqlər arasında razılaşmalar zəruridir.

"Amma yenə də, əgər NATO hansısa rol oynaya bilsə, əla olar", - baş katib vurğulayıb.

Xəbər lenti