Fevralın 25-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Merkuri" MMC bank olmayan kredit təşkilatı (BOKT) 1,1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 50 manat olan 22 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 17 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.