IMG-LOGO

ÇL: Dortmunlullar 1/4 finalda

14 Mar 2024 01:58 100 baxış
IMG

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun oyunları keçirilir.

Lent.az xəbər verir ki, Avropanın nüfuzlu turnirində “Atletiko” – “İnter” və “Borussiya” – PSV komandaları qarşılaşıb.

Doğma divarlar önündə Niderland təmsilçisi PSV-ni qəbul edən “Borussiya” mərhələyə adlayıb.

90 dəqiqqənin tamamında 2:0 hesablı qələbəyə sevinən dortmunlullar ümumi hesabda da irəli çıxıb - 3:1.

Yekunda Almaniya təmsilçisi Avropanın nüfuzlu turnirində yoluna 1/4 final mərhələsində davam edəcək.

“Atletiko” – “İnter” oyununda ümumi hesab bərabər olduğundan əlavə hissələr oynanılır.

Xəbər lenti