İspaniyanın "Real" klubunun futbolçusu Dani Sebalyos karyerasını Niderlandda davam etdirə bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Ayaks" 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Oyunçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Xatırladaq ki, Dani Sebalyos cari mövsüm bütün yarışlarda 22 matçda meydanda olub. O, 2017-ci ildə "Betis"dən "Real"a keçib.