Beynəlxalq qurumların təsirinin zəiflədiyi müşahidə olunur, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı sanki geriyə qayıdır.
"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.
O bildirib ki, Türkiyə bu tendensiyanı öz bölgəsində də aydın şəkildə hiss edir.
C.Yılmaz vurğulayıb ki, risklər və çətinliklər çoxdur, lakin yeni imkanlar da yaranır:
"İkili əməkdaşlıq və tərəfdaşlığın əhəmiyyəti getdikcə artır. Hazırda qlobal səviyyədə əməkdaşlıq xüsusi önəm kəsb edir. Diplomatiyanın rolunu açıq şəkildə görürük və bunu münaqişələrin fonunda daha da aydın hiss edirik".
O, Türkiyənin NATO üzvü olduğunu xatırladıb və əlavəe dib ki, ölkə Türk Dövlətləri Təşkilatında da təmsil olunur:
"Beynəlxalq qurumların formalaşmasında iştirak edən tərəflərdən biriyik. Biz müharibələrin deyil, diplomatiyanın tərəfdarıyıq. Ədalət və sülh əsas prioritetlərimizdir".