Mövcud müharibələr bütün dünyada olduğu kimi Türkiyədə də iqtisadi böhrana səbəb olub.
"Report" xəbər verir ki, bunu Antalya Forumunda "Qlobal Enerji Xəritəsinin yenidən tərtib edilməsi: Təhlükəsizlik və Qeyri-müəyyənlik" adlı paneldə Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
O bildirib ki, Türkiyə uzun illər iqtisadi böhran yaşayıb və buna ölkə olaraq dözümlüdür:
"Böhranlar bizdə müqavimət və güvənliliyi yaradıb. Türkiyədə 25 ildə enerji qiymətləri çox dəyişib. Biz öz iqtisadiyyatımızı daha da gücləndirdik, energetika sahəsində irələyişlər əldə etdik. Burada qonşu Azərbaycan və digər qonşu ölkələrlə birgə lahiyələrdə həyata keçirildi. Hazırda Türkiyədə energetika sahəsində çox inkişaf edib".