IMG-LOGO

Soltan Məmmədov: Özəl reabilitasiya mərkəzlərində xəstələrin qeydiyyatı ciddi problemdir

17 Apr 2026 11:50 5 baxış
IMG

Azərbaycanda özəl reabilitasiya mərkəzləri ilə əlaqələndirmə baxımdan problem var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bu qurumların mərkəzi dispanserlə koordinasiyasına baxılmalıdır:

"Qeyd edim ki, bəzi özəl reabilitasiya mərkəzlərinin prosedurlara uyğunsuz fəaliyyəti gündəmə gəlmişdi. Hesab edirəm ki, özəl mərkəzlərin mərkəzi dispanserlə koordinasiyası önəmlidir. Xəstələrin qeydiyyatının aparılması vacib məqamdır. Çünki elə xəstə var, özəl mərkəzdə 10 dəfə reabilitasiya keçib, amma qeydiyyatı olmayıb. Sonradan o işə cəlb olunsa, reabilitasiya müddətini düzgün qiymətləndirmək mümkün olmur. Bu məsələyə nəzarətin gücləndirilməsi vacibdir".

Xəbər lenti