IMG-LOGO

Ukrayna səfirliyi Rusiya ordusunun gecə hücumunun qurbanları üçün başsağlığı kitabı açıb

17 Apr 2026 11:58 6 baxış
IMG

Ukrayna şəhərlərinə Rusiya Silahlı Qüvvələrinin kütləvi gecə hücumunun qurbanları ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdəki səhifəsində məlumat verib.

"Mövcud məlumatlara görə, Rusiyanın raket-dron hücumları nəticəsində ən azı 16 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb. Həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Bütün Ukrayna ilə birlikdə bu itkinin ağrısını paylaşırıq. Başsağlığı və mesajlarınızı səfirliyin başsağlığı kitabına rəsmi elektron ünvana göndərə bilərsiniz: [email protected]", - məlumatda deyilir.

Diplomatik nümayəndəlikdə həmçinin bildirilib ki, Ukraynanın dövlət bayrağı matəm əlaməti olaraq yarıya endirilib.

Xəbər lenti