IMG-LOGO

İranda şənliklərdə 14 nəfər ölüb, 3 mindən çox yaralı var

13.03.2024 03:23 46 baxış
IMG

İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi bildirib.

Ölənlərin sayı 14-ə çatıb.

Bildirilib ki, şənliklərdə yaralananların sayı 3200-ü keçib.

Tehran Bələdiyyəsi Xilasetmə Qrupunun sözçüsü Cəlal Mələki açıqlamasında ümumilikdə 6 min 416 təcili çağırış alındığını və yanğınsöndürmə briqadalarının 230 hadisəyə müdaxilə etdiyini bildirib.

Xəbər lenti