IMG-LOGO

Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib

17 Apr 2026 02:44 4 baxış
IMG

Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib.

"Report" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı "Remi Gazete"də yayımlanıb.

Belə ki, Avstraliyanın ümumvətəndaş pasportuna malik vətəndaşları bundan sonra Türkiyəyə turistik məqsədlə və ya tranzit keçid üçün səyahət etdikdə viza almaq məcburiyyətində olmayacaqlar.

Qərara görə, onlara hər 180 gün ərzində maksimum 90 gün Türkiyədə qalmaq imkanı verilib.

Xəbər lenti