IMG-LOGO

Qaluzin Türkiyənin Rusiyadakı səfiri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

16 Apr 2026 21:37 6 baxış
IMG

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib. Regionda sülh və sabitlik maraqları naminə gələcək koordinasiyaya dair qarşılıqlı niyyət təsdiqlənib", - qurumdan bildirilib.

Qeyd olunub ki, tərəflər həmçinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

"2025-ci ilin avqustunda Ankoricdə keçirilmiş Rusiya-Amerika sammitinin yekunları üzrə əldə olunmuş qarşılıqlı anlaşmalar məcrasında vəziyyətin inkişafına və Ukrayna ətrafındakı münaqişənin nizamlanması perspektivlərinə dair bizim prinsipial qiymətləndirmələrimiz Türkiyə tərəfinə çatdırılıb", - məlumatda bildirilib.

Xəbər lenti