IMG-LOGO

"Yuventus"un sabiq qapıçısı Aleks Manninqer faciəvi şəkildə vəfat edib

16 Apr 2026 17:40 8 baxış
IMG

İtaliyanın "Yuventus" və İngiltərənin "Arsenal" klubunun sabiq qapıçısı Aleks Manninqer vəfat edib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı avstriyalı avtomobilinin qatarla toqquşması nəticəsində həyatını itirib.

Hadisə Avstriyanın Zaltsburq şəhərində baş verib.

Xatırladaq ki, Avstriya yığmasının heyətində 33 matça çıxmış Aleks Manninqer "Arsenal"la İngiltərə Premyer Liqasının, "Yuventus"la İtaliya A Seriyasının qalibi olub.

Xəbər lenti