IMG-LOGO

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Andorra ilə oyununa təyinatlar bəlli olub

16 Apr 2026 15:36 15 baxış
IMG

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin dünya çempionatının seçmə mərhələsində Andorra ilə Bakıda keçirəcəyi oyununa təyinatlar açıqlanıb.

"Report" xəbər verir ki, matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Vesna Miletiçə Merima Homaraç və Nevena Markoviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Senida Petak yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan - Andorra qarşılaşması aprelin 18-də, saat 17:00-da "Bank Respublika Arena"da start götürəcək.

Xəbər lenti