Dünyanın ən yaxşı boksçularından biri olan Floyd Meyvezer yeni hüquqi problemlərlə üzləşib. Bu dəfə o, şəxsi təyyarə üçün pul ödəməməkdə ittiham olunur.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Los-Anceles dairəsində açılan iddiada Jet Set Aircraft Inc. şirkətinin əfsanəvi idmançıdan 2025-ci ilə planlaşdırılan çarter reysi ilə bağlı xidmətlərə görə 105.000 dollardan çox təzminat tələb etdiyi iddia olunur.
İddia ərizəsində müqavilənin pozulması, haqsız varlanma və fırıldaqçılıq da daxil olmaqla bir sıra iddialar irəli sürülür.
Şirkət cavabdehlərin tələbi ilə pilotlar, yanacaq, texniki xidmət və uçuşların koordinasiyası kimi bir sıra aviasiya ilə əlaqəli xidmətlər göstərdiyini iddia edir.
İddiaçı borcun, faizlərin və əlavə zərərin ödənilməsini tələb edir. Meyvezer uzun müddətdir ki, dünya idman tarixinin ən varlı idmançıları arasında yer alır.
İdman xəbərləri