IMG-LOGO

Matviyenko: Bakı və Moskva arasında münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur

16 Apr 2026 12:38 3 baxış
IMG

Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib.

"Report" Rusiya Federasiya Şurasına istinadən xəbər verir ki, bu barədə Şuranın sədri Valentina Matviyenko İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

V.Matviyenkonun sözlərinə görə, Bakı və Moskva arasındakı münasibətlərin inkişaf üçün böyük potensial var.

O, həmçinin 2024-cü ildə AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının nəticələrinin tənzimlənməsi prosedurunun ötən gün başa çatdırılmasının əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinə başsağlığı verib.

Danışıqlar zamanı tərəflər Rusiya və Azərbaycan parlamentarilərinin əlaqələrinin müntəzəmliyini vurğulayıblar. Ötən ilin sonunda Moskvada Rusiya Federasiya Şurası və Azərbaycan Parlamentinin Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının iclası keçirilib, növbəti tədbir Bakıda keçiriləcək.

"On üçüncü Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilmə müddəti və yeri ilə bağlı Azərbaycan tərəfinin təkliflərini gözləyirik. Hazırda Rusiya Federasiyasının yetmişdən çox subyekti Azərbaycanla əlaqələr saxlayır", - Valentina Matviyenko deyib.

Xəbər lenti