İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında Lionel Messinin uğurunu geridə qoyub.
"Report" xəbər verrir ki, hücumçu buna Almaniyada "Bavariya"ya 3:4 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.
Fransalı forvard cari mövsüm turnirdəki qollarının sayını 15-ə çatdırıb. Messi 2011/2012 mövsümündə 14 qolla yadda qalıb.
Turnirin rekordu Kriştianu Ronalduya məxsusdur. O, 2013/2014 mövsümündə "Real"ın heyətində 17 dəfə rəqib qapılarına yol tapıb.
Xatırladaq ki, İspaniyada "Bavariya"ya 1:2 hesabı ilə uduzan "Real" UEFA Çempionlar Liqası ilə vidalaşıb.