IMG-LOGO

Şanlıurfada məktəbə silahlı hücumla bağlı 16 nəfər saxlanılıb

16 Apr 2026 08:37 4 baxış
IMG

Türkiyə Təhlükəsizlik Baş İdarəsi Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla əlaqədar 16 şübhəlinin saxlanıldığını açıqlayıb.

Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.

"14 aprel 2026-cı ildə Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı araşdırmalar çərçivəsində 16 şübhəli saxlanılıb. Şübhəlilərə qarşı məhkəmə prosesi davam edir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, silahlı insident zamanı əksəriyyəti şagirdlər olan 16 nəfər yaralanıb.

Xəbər lenti