IMG-LOGO

Qatlanan “iPhone”un kütləvi istehsalı yenə təxirə salındı

16 Apr 2026 05:34 4 baxış
IMG
3 0

“Apple”ın çoxdan gözlənilən ilk qatlanan telefonu olan “iPhone Fold”un istehsal prosesində gecikmələr yaşansa da, cihazın 2026-cı ilin payızında satışa çıxarılması planlaşdırılır.

Lent.az xəbər verir ki, “iPhone Fold”un istehsal prosesində gecikmələr olduğu üzə çıxıb.

Məlumatlara görə, əvvəlcə iyun ayında başlaması planlaşdırılan kütləvi istehsal prosesi avqustun əvvəlinə təxirə salınıb.

Cihazın sentyabr ayında, çoxdan gözlənilən “iPhone 18 Pro” seriyası ilə eyni vaxtda və ya qısa müddət sonra təqdim ediləcəyi gözlənilir.

Qatlandıqda 5,5 düymlük, açıldıqda isə 7,8 düymlük ekrana sahib olacaq bu innovativ cihazın qiymətinin 2000 - 2500 dollar aralığında olacağı gözlənilir.

Cihazın kütləvi istehsala keçməsi üçün dizayn və istehsal prosesində təsdiqləmə testlərini də uğurla başa vurması lazımdır.

Apple iPhone

Xəbər lenti