Rusiyanın Voloqda vilayətinin Vıteqorski rayonununda yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə rayon üzrə İstintaq İdarəsi məlumat yayıb.
Depo kəndində baş verən yanğın nəticəsində beş yaşlı qız ölüb.
İstintaqın məlumatına görə, martın 11-də qızın anası sobanı yandırıb və qızı tək qoyaraq evi tərk edib. Yanğın baş verib və xəstəxanaya çatdırılan qız qısa müddət sonra orada keçinib.
Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir.