IMG-LOGO

"Qarabağ" 700 manat cərimələnib

15 Apr 2026 12:18 4 baxış
IMG

"Qarabağ" klubu 700 manat cərimələnib.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Ağdam təmsilçisinin dörd futbolçusunun Misli Premyer Liqasının XXVII turunda "Şamaxı" ilə oyunda sarı vərəqə alması səbəb olub.

Xatırladaq ki, qarşılaşma qolsuz yekunlaşıb.

Xəbər lenti