Nigeriyanın şimalında son üç ayda ən azı 22 nəfər onurğa beyni meningitindən dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
EpidemiyaYobe ştatının altı rayonunda baş verib və təsdiqlənmiş halların ümumi sayı 636-ya çatıb.
Beyin və onurğa beyninin şişməsinə səbəb olan serebrospinal meningit epidemiyaları Nigeriyanın şimalında quru mövsümdə baş verir.
Yağışlı mövsümün başlaması ilə daha çox virusun törətdiyi xəstəlik geri çəkilir.