İngiltərə millisinin və "Arsenal" klubunun sabiq futbolçusu Cek Uilşir baş məşqçi kimi ilk titulunu qazanıb.
"Report"un məlumatına görə, onun rəhbərlik etdiyi I Liqa təmsilçisi "Luton Taun" İngiltərə Futbol Liqası Kubokunun (EFL Trophy) finalında "Stokport Kaunti" komandasını 3:1 hesabı ilə məğlub edib.
C.Uilşir 2025-ci ilin oktyabrından komandanın "sükanı arxasında"dır. O, daha əvvəl "Norviç"də fəaliyyət göstərib.
İngiltərə millisinin sabiq üzvü futbolçu karyerası ərzində "Arsenal", "Bolton", "Bornmut", "Vest Hem" və Danimarkanın "Orhus" komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, İngiltərə Liqa Kubokunda aşağı dəstə klubları ilə yanaşı, Premyer Liqa və Çempionşip təmsilçilərinin gənclərdən ibarət heyətləri də iştirak edir. Bu, İngiltərədə üçüncü ən nüfuzlu turnir hesab olunur.