IMG-LOGO

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Andorra ilə qarşılaşacaq

14 Apr 2026 09:04 19 baxış
IMG

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Report" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra ilə üz-üzə gələcək.

Qarşılaşma "Andorra la Vella" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.

Xatırladaq ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

Xəbər lenti