IMG-LOGO

Futzal üzrə Azərbaycan millisi Qazaxıstana məğlub olub

13 Apr 2026 21:13 3 baxış
IMG

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.

"Report"un məlumatına görə, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşıb.

Aktaudakı "BS Arena"da baş tutan görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də "BS Arena"da reallaşacaq.

Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.

Xəbər lenti