IMG-LOGO

Faiq Hacıyev "Turan Tovuz"un heyətində Premyer Liqada 100-cü oyununa çıxıb

13 Apr 2026 17:46 6 baxış
IMG

Faiq Hacıyev "Turan Tovuz"un heyətində Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

"Report" xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Kapitanın yubiley matçı çempionatın XXVII turunda keçirilən "Sumqayıt"la matça təsadüf edib.

Qeyd edək ki, Tovuzda baş tutan "Turan Tovuz" - "Sumqayıt" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti