İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kobbi Meynunun müqaviləsinin müddətini uzadacaq.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının XXXII turunda "Lids"ə qarşı keçirəcəkləri oyundan əvvəl məlumat verib.
O, danışıqların son mərhələdə olduğunu vurğulayıb:
"Razılaşma başa çatmaq üzrədir. Ona görə də biz müsbət düşünürük. Necə olacağını zaman göstərəcək, amma biz sakitik".
Xatırladaq ki, 20 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi. Yeni anlaşmanın 2031-ci ilədək nəzərdə tutuacağı gözlənilir. "Mançester Yunayted" bu gün, Bakı vaxtı ilə saat 23:00-da "Lids"lə üz-üzə gələcək.