IMG-LOGO

Hakan Fidan: NATO-nun Ankara sammiti Alyans tarixinin ən önəmli tədbiri olacaq

13 Apr 2026 13:16 2 baxış
IMG

NATO-nun Ankara sammiti Alyans tarixinin ən önəmli sammiti olacaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyindəki proqramda suala cavabında deyib.

H.Fidan sammitə ən yüksək səviyyədə hazırlaşdıqlarını qeyd edib.

O, ABŞ Prezidenti Donald Trumpın da sammitdə iştirakını gözlədiklərini deyib: "Trampın Prezident Rəcəb Tayyib Ərdoğana hörməti var, düşünürük ki, gəlməsi mümkündür. Başqa tərəfdən isə NATO ölkələrinin bu zirvəni bir fürsətə çevirməsi və prosesi sistemli bir çərçivəyə salması vacibdir".

Qeyd edək ki, sözügedən tədbirin iyulun 7-8-də keçirilməsi planlaşdırılır.

Xəbər lenti