Həm ABŞ, həm də İran atəşkəs mövzusunda səmimidir.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyindəki proqramda suala cavabında deyib.
Fidan bildirib ki, tərəflərin razılığı ilə atəşkəs müddətinin uzadılması müzakirə edilə bilər.
XİN rəhbəri günboyu tərəflərlə müntəzəm əlaqə saxladıqlarını da əlavə edib.
O, Hörmüz boğazı ilə bağlı suala cavabında isə Hörmüz boğazından ölkələrin ödəniş etmədən keçməli və keçidə maneə törədilməməli olduğunu qeyd edib:
"Hörmüz boğazı bu münaqişənin yalnız regional deyil, qlobal təsirlərinin də olduğunu göstərir. Hörmüz məsələsinin həlli üçün hər kəs əlindən gələni etməlidir. Türkiyə də həll yolu tapılması üçün əlindən gələni edir".